29 Sentyabr 2014 22:09
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi Ukraynanın Luqansk və Donetsk vilayətlərində rusdilli əhalinin soyqırıma məruz qalması ilə bağlı cinayət işi açıb.

Teleqraf.com-un UNİAN-a istinadən xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, 12 aprel 2014-c ildən bu günə qədər Ukraynanın siyasi və hərbi rəhbərliyi, Ukrayna Silahlı Qvvələri, Milli Qvardiya, "Sağ sektor"un rəhbərliyi Luqansk və Donetsk vilayətlərində yaşayan rusdilli əhalyə qarşı yönələn əmrlər verib.

"Müəyyən edilib ki, rusdilli vətəndaşların öldürülməsi "Qard", "Uraqan" qurğularından, idarəolunmaz aviasiya raketlərindən, "Tiçka-U" raketlərindən və s. istifadə olunub", - İstintaq Komitəsi bəyan edib.

Bildirilir ki, bu əməllərə görə Rusiya Cinayət Məcəlləsində 20 illik həbsdən ölüm cəzasına kimi tədbirlər nəzərdə tutulur.

Nihad


Müəllif:

Oxşar xəbərlər