Fransada koronavirusa yoluxanların sayı 98 010 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bunu Fransanın Səhiyyə naziri Olivye Veran deyib.
Onun sözlərinə görə, ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 8 911 nəfər təşkil edib.
Son 24 saat ərzində ölkədə 800 nəfər pandemiyanın qurbanı olub.
Nazir əlavə edib ki, vəziyyəti ağır olan 7 072 nəfər reanimasiya şöbəsindədir.