Çində yanvar ayında bəri ilk dəfə koronavirus pandemiyası (Kovid-19) səbəbindən ölüm halı qeydə alınmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komitəsi məlumat yayıb.
Açıqlamada sutka ərzində cəmi 32 yoluxma halının qeydə alındığı, bununla ölkə miqyasında yoluxanların ümumi sayının 81740 nəfərə çatdığı, daha 89 nəfərin müalicə edilərək evə buraxıldığı bildirilib.
Kovid-19-un yayıldığı ölkə olan Çində pandemiya böyük ölüçdə nəzarətə alınıb.