Koronavirusla bağlı ümidverici irəliləyişlər var. 76 nəfərin koronavirus səbəbilə həyatını itirdiyi Norveç vəziyyəti ələ aldığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Norveçin Səhiyyə naziri Bent Höie məlumat yayıb. O bildirib ki, virusun yayılma sürətini 2,5-dən 0,7 faizə endiriblər:
"Sərt qaydalar tətbiq etməsəydik, digər Avropa ölkələrinin yaşadıqlarını yaşayacaqdıq. Xəstəxanalarda müalicə alanların yaxın günlərdə azalacağını gözləyirik".
Qeyd edək ki, 5 milyon əhalisi olan Norveçdə 755 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 76 nəfər həyatını itirib, 83 nəfər xəstəxanalarda reanimasiyada müalicə olunur.