7 Aprel 2020 13:54
4 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Koreya yarımadası üzərində uçuş həyata keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Yonhap" agentliyi məlumat yayıb.

Məlumata görə, "RC-135W Rivet Joint" tipli elektron kəşfiyyat təyyarəsi Cənubi Koreyanın Geonggi bölgəsi üzərində manevr edib.

ABŞ-ın Şimali Koreya ilə nüvə danışıqlarının dayandırılmasından sonra Pxenyanın yenidən ballistik raket sınaqlarını bərpa etməsinin yaratdığı narahatlığı aradan qaldırmaq məqsədilə yarımadada kəşfiyyat fəaliyyətlərini artırdığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər