Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində koronavirus infeksiyasına ilk yoluxma qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediasında məlumat yayılıb.
Məlumatda koronavirus analizindən keçən iki nəfərdən birinin testinin müsbət olduğu bildirilib. Həmin şəxsin Ermənistandan işğal bölgəsinə gəldiyi qeyd edilib.
Yoluxmuş şəxsin ünsiyyətdə olduğu 17 nəfər karantinə alınıb.