8 Aprel 2020 08:45
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş Prokurorluğu Ermənistan parlamentinin sabiq deputatı Levon Sarqsyanın ekstradisiyası ilə bağlı bu ölkənin baş prokurorluğunun sorğusunu təmin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən RİA “Novosti” məlumat yayıb.

Rusiya Baş Prokurorluğunda bildirilib ki, müxtəlif cinayətlərdə ittiham olunan Sarqsyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün erməni tərəfinin sorğusunun təmin olunması barədə qərar qəbul edilib.

Sarqsyan 2019-cu ilin noyabrında Zelenoqradda saxlanılıb. O, 2018-ci ilin oktyabrından Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən cinayətkar qruplaşmada iştirakda, həmçinin qanunsuz birləşmə tərəfindən külli miqdarda əmlakın qarət edilməsi məqsədilə təşkil olunmuş soyğunçuluqda şübhəli bilinərək axtarışa verilmişdi.

Sarqsyan bir neçə çağırış Ermənistan parlamentinin deputatı, iqtidarda olmuş Respublika Partiyasının üzvü olub. O, eləcə də ölkənn keçmiş prezidenti Serj Sarqsyanın qardaşıdır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər