Dünyanın 209 ölkəsində müşahidə olunan koronavirus 82 mindən çox insanın ölümünə səbəb olub.
Teleqraf.com xəbər verir ki, son 24 saat ərzində ABŞ-da koronavirusdan vəfat edənlərin sayında "rekord" qeydə alınıb və 1736 nəfər vəfat edib.
Buna qədər aprelin 4-də belə bir "rekord" qeydə alınmış və 1344 insan ölmüşdü.
Nyu-York valisi Andrev Kuomo isə son 24 saatda şəhərdə 731 nəfərin dünyasını dıyişdiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-da COVİD-19-un episentri Nyu-York şəhəri sayılır.