Çin hökuməti İnstaqram sosial şəbəkəsinə girişi bağlayıb.
Axar.az xəbər verir ki, Honq-Konqda mövcud seçki sisteminə qarşı keçirilən etiraz aksiyalarına görə İnstaqram sosial şəbəkəsi hakimiyyət orqanları tərəfindən bağlanıb. Əsas səbəb kimi etiraz aksiyalarından foto və videoların paylaşılması göstərilib.
Qeyd edək ki, iki gündür Honq-Konqda etiraz aksiyaları davam edir. Şənbə günü ölkədə seçkinin demokratikləşməsini istəyən “Occupy Central” etiraz aksiyasının təşkilatçıları şəhərin biznes-mərkəzinin mühasirəyə alındığını elan ediblər.