8 Aprel 2020 10:19
5 762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Medipol Universitetinin tibb profossoru Fevzi Səfa Dereköy koronavirusun donuzdan yayıldığını iddia edib.

Teleqraf.com xəbər verir ki, professor 1960-cı illərdə koronavirusun donuzlarda çox sayda infeksiyaya səbəb olduğunu bildirib.

O qeyd edib ki, əvvəlki illərdə koronavirusa yoluxan donuzlarda nəzərə çarpan simptomlar insanlarda müşahidə edilir: "Son illər dünya miqyasında bu virusla əlaqəli bir çox donuz xəstəliyinə rast gəlinir. Laboratoriya araşdırmaları virusun insan hüceyrələrindəki reseptorları və çarpaz növlərin keçmə qabiliyyətini bağlaya biləcəyini aşkarlayıb.

Çində donuz əti istehsalçılarına 2018-ci ilin avqustunda başlayan 19 aylıq Afrika donuz qripi epidemiyası ilə bağlı xəbərdarlıq edilmişdi. Dünyada donuz əti ixracının 39 faizi Çinə aiddir".

Professorun sözlərinə görə, canlı heyvanlardan başqa bu infeksiya peyin, embrion və donuzlardan hazırlanan dəri kimi məhsullardan da keçə bilər: "Məlumdur ki, bu viruslar hətta ABŞ-dan idxal olunan, tərkibində donuz qatqısı olan qida və dərman vasitələrində də yaşaya bilər. Bu vəziyyət epidemiyanın ABŞ-da yayıldığını göstərir".

Professor virusun pişiklərə, itlərə, quşlara və hətta toyuqlara yoluxa biləcəyini qeyd edib: "Evdəki heyvan yeməklərinə diqqət edin. Bazardan protein ehtiva edən pişik və köpək qidaları almaq risklidir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər