Hindistanda bir gün ərzində 770-dən çox insanda koronavirus aşkar edilib. Bununla da xəstələrin ümumi sayı 5194-a çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.
“RİA Novosti” qeyd edir ki, 4643 nəfər müalicə altındadır, 401 nəfər sağalıb və 149 nəfər ölüb.
Ən çox yoluxma sayı Maharaştra ştatında qeydə alınıb.