ABŞ-ın sabiq prezidenti Con Kennedinin ailəsi sabiq Merilend ştatının qubernatorunun müavini Kathleen Kennedi Tovnsendin qızı Maeva və nəvəsi 8 yaşlı Gidenin cəsədi tapılıb.
Teleqraf.com xatırladır ki, Kennedi ailəsinin davamçıları Merilend ştatının Çesapik körfəzində itkin düşmüşdülər.
Son xəbərə görə, 8 yaşlı Gidenin cəsədi tapılıb. Xilasetmə qrupu havadan və suyun altından radar texnologiyasından istifadə edərək cəsədi müəyyən etdiklərini bildirib. Qeyd edilib ki, cəsəd Kathleen Kennedi Tovnsendin körfəz yaxınlığındakı evindən bir neçə kilometr aralıda tapılıb.
ABŞ mediası qeyd edib ki, koronavirus epidemiyası zamanı kennedilər özlərini karantinə alıblar. Polis ana və oğulun suya düşən topun ardınca körfəzə açıldığını, amma güclü külək səbəbindən sahilə çıxa bilmədiyini düşünür.
Qeyd edək ki, ABŞ siyasi elitasının ən parlaq nəsillərindən sayılan Kennedi ailəsi bütövlükdə fəlakətlə üzləşən yeganə ailədir.
Josef Patrik Kennedi və Rosenin qızları və Kennedi qardaşlarının bacısı olan Rosemary 1941-ci ildə beynindən əməliyyat zamanı ağlını itirib və 2005-ci ilə qədər bu formada yaşamalı olub.
Kennedi qardaşlarının ən böyüyü Josef 1944-cü ildə II Dünya Müharibəsi zamanı ölüb.
Ailənin ən kiçiyi Kathlen Kennedi Fransaya uçarkən təyyarənin yerə düşməsi nəticəsində 1948-ci ildə vəfat edib.
ABŞ prezidenti seçilən Con Kennedi 1963-cü ildə sui-qəsd nəticəsində vəfat edib. Ondan sonra qardaşı, Nyu-York senatoru Robert Kennedi prezidentliyə namizəd olub və 1968-ci ildə sui-qəsd nəticəsində öldürülüb.
Robert Kennedinin oğlu David 1984-cü ildə narkotikdən, Mixail isə 1997-ci ildə xizək sürərkən həyatını itirib.
Con Kennedinin oğlu John isə 1999-cu ildə təyyarə qəzasında vəfat edib.
Bu ailədən öz əcəli ilə vəfat edən isə Edvard Kennedi olub. Üç qardaşından ikisini sui-qəsd nəticəsində, digərini müharibədə itirən Edvard Kennedi 2009-cu ildə vəfat edib. Ancaq Edvard Kennedinin də 1964-cü ildə olduğu təyyarə qəzaya düşüb və o bu qəzadan yaralı çıxa bilib.