Avropa Polis Xidməti (Europol) investorları dəyərsiz səhm və hissələrə yönəldərək 80 milyon avro aldadan cinayətkar şəbəkəni ifşa edib.
Teleqraf.com xəbər verir ki, Europol bununla bağlı yazılı bəyanatla çıxış edib.
Açıqlamada qeyd edilib ki, yatırımlarını onlayn edən şəbəkə satış tələsi ilə dəyərsiz hissələri idarə edib Almaniya və Avstriyada min nəfəri aldadaraq 12 milyon avro qazanıb. Cinayətkar şəbəkə qurbanlarından toplam 80 milyon avro qazanıb.
Kəşfiyyat məlumatları əldə edən Europol Serbiya, Almaniya və Avstryada eyni anda əməliyyat keçirib. Serbiyada 5, Bolqarıstanda 4 nəfər şəbəkə üzv həbs edib. Hazırda Almaniya və Avstryada əməliyyatlar davam edir. Keçirilən əməliyyatlara Avropa Məhkəmə Əməkdaşlıq Təşkilatı (Eurojust) əhəmiyyətli dəstək verir.