2 May 2014 11:01
4 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə baş verən ağır cinayətlər edam cəzasını gündəmə gətirib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, son günlər ölkə daxilinə baş verən ağır qətllər, xüsusilə də, uşaqlarla bağlı cinayətlər ölüm hökmünün tətbiqini aktuallaşdırıb.

Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu jurnalistlərə açıqlamasında edamın bərpa edilməsini vacib sayıb. Nazir edam hökmünün tətbiqinin dövlət səviyyəsində müzakirəsini məqsdəuyğun hesab edir: "Vicdanları yaralayan cinayətlər üçün edamın geri qaytarılması müzakirə edilməlidir. Söhbət altı yaşlı uşağı bıçaqlayıb, sonra benzin tökərək yandıran canidən gedir. Həyata insanlıqdan uzaq nöqtdən baxan, ürəyində zərrə qədər vicadan olmayan birisinin mühakiməsini gözləyə bilmərik. Bu cür cinayətlər törədənlər insani dəyərlərini itirib. Baş verənlər cəmiyyətdəki dəyərlərimizi itirməyimizin nəticəsidir. Düşünürəm ki, bu cür canilərin cəzalandırılması üçün edamın bərpa edilməsi müzakirə oluna bilər".

Qeyd edək ki, ötən gün 6 yaşlı Gizem Akdeniz vəhşicəsinə qətlə yetirilib. Tibbi ekspertiza 6 yaşlı qızın bıçaqlandığını, boğulduğunu və daha sonra yandırılaraq qətlə yetirildiyini müəyyən edib. Cinayətin törədilməsinə səbəb isə 6 yaşlı Gizəm Akdenizin böyük bacısının Süleyman Akdenizə ərə getməməsi olub.

Dəniz Əliyeva


Müəllif: