8 Aprel 2020 19:17
5 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ da daxil olmaqla heç bir ölkənin İranın Beynəlxalq Valyuta Fondundan (BVF) kredit istəməsinə veto qoymaq hüququ yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Məhəmməd Nəhavəndiyan deyib.

O qeyd edib ki, BVF-yə müraciətində İranı təcili maliyyələşməyə çağırıb və əlavə edib ki, İran ehtiyac olduqda bundan istifadə etmək hüququna malikdir:

“İran bu təşkilatın təsisçi üzvüdür və yaxşı maliyyə göstəricilərinə malikdir. Bu beynəlxalq qurum ondan gözlənilənləri etməlidir”.

Bundan əvvəl “Wall Street Journal” ABŞ Prezident Administrasiyasındakı mənbələrə istinadən, ABŞ-ın BVF koronavirusla mübarizə aparan İrana 5 milyard dollarlıq kredit ayrılmasına mane olmaq niyyətində olduğunu yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər