Yaponiya Baş naziri Şinzo Abe koronavirus pandemiyası səbindən ölkədə elan olunan fövqəladə vəziyyət rejiminin ləğv ediləcəyi tarixi açıqlayıb.
Teleqraf.com xəbər verir ki, yapon baş nazir vətəndaşların karantin qaydalarını pozmayacaqları halda, bir ay ərzində rejimin ləğv edilə biləcəyini deyib.
Abe vətəndaşları yaxın təmasları 70-80 faiz azaltmağa çağırıb.
Paytaxt Tokio, Kanaqava, Saitama, Çiba, Osaka, Hoqo və Fukuoka şəhərlərini əhatə edən fövqəladə vəziyyət rejiminin mayın 6-da başa çatması planlaşdırılır.