Ermənistan Dövlət Aviasiya Komitəsi Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) yoxlamasından keçə bilməyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, yoxlama təyyarə şinlərinin pisləşməsindən tutmuş səviyyəsinə qədər hər şeyi əhatə edib.
EASA mütəxəssislərinin fevralda Mülki Aviasiya Komitəsində audit keçirdiyini, bunun nəticəsində 50 səhifəlik çatışmazlıqların aşkar olunduğu bildirilib. Nəticədə İrəvandan Avropaya sərnişin daşınmaları üçün xüsusi yoxlamaların aparılacağı müəyyən edilib.
Məlumatda son yoxlamalardakı nöqsanlar və çatışmazlıqların Ermənistanın Mülki Aviasiya Xidmətini Avropa dövlətlərinin “qara siyahı”sına saldığı vurğulanıb.
Məlumatın mediada yayılmasından sonra baş nazir Nikol Paşinyan mülki aviasiya üzrə müşaviri Hakob Çaxaryanı vəzifəsindən azad edib.