Ermənistan ordusunun Hərbi Tibb İdarəsinin rəisi Saak Oqanyan İrəvanda səfərdə olan Rusiya Silahlı Qüvvələrinin mütəxəssisləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə qarşılıqlı əməkdaşlığa dair iş planları, texniki məsələlər müzakirə olunub.
Məlumata görə, Rusiyadan COVİD-19 pandemiyasına qarşı mübarizə çərçivəsində Ermənistana təhvil verilən səyyar laboratoriyalar İrəvanda quraşdırılıb. Laboratoriyalar erməni hərbçilərin testlərdən keçirilməsində istifadə olunacaq.
Rusiyalı mütəxəssislər testlərin keçirilməsində iştirak edəcək və laboratoriyalarda işləyəcəklər.
Rusiyalı həkimlərin Gümrüdəki 102-ci rus hərbi bazası ilə bağlı hər hansı bir araşdırma aparıb-aparmayacağı barədə məlumat verilməyib.
Rusiyalı mütəxəssislər İrəvana dünən gəlib.