10 Aprel 2020 01:36
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş Naziri Boris Conson reanimasiyadan çıxıb.

Teleqraf.com xəbər verir ki, koronavirusa yoluxan nazir palataya köçürülüb.

Conson Londonda Müqəddəs Tomas xəstəxanasındadır. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Xatırladaq ki, Boris Conson martın 27-də Covid-19-a yoluxub. O, əvvəlcə özünü təcrid etsə də, daha sonra vəziyyəti pisləşdiyindən reanimasiyaya yerləşdirilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər