10 Aprel 2020 09:14
5 984
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz koronavirusla bağlı ağır sınaqlar qarşısındayıq, buna hazır olmaq lazımdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Moskva meri Sergey Sobyanin RİA Novosti-yə müsahibəsində deyib.

Hər hansı proqnoz verməkdən çəkinən paytaxt merinin sözlərinə görə, indi əsas məsələ maksimum test eləmək, tibbi sistemi maksimum hazırlamaq, nəzarət rejimini maksimum həddə çatdırmaq, eyni zamanda imkan daxilində şəhərdə hərəkəti minimuma endirmək, iqtisadi və sanitar balansı gözləməkdir.

Sergey Sobyanin deyib ki, koronavirus yoluxması Moskaya indi-indi çatır: "Sizə dəqiq deyirəm, infeksiyanın nəinki pikinə yetişmişik, heç ortasında da deyilik, tezliklə hələ kandarında olacağıq".

Hazırda Moskvada 6698 KOVİD-19 xəstəsi var, 313 nəfər sağalıb, 38-i ölüb.


Müəllif: Mahir