30 Sentyabr 2014 11:12
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsrail baş naziri Binyamin Netanyahunun Birləşmiş Millətlər (BMT) İnsan Haqları Şurasını "Terrorçu Haqları Şurası" adlandırmasına etiraz edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu ABŞ Xarici İşlər Nazirliyi sözçüsü Jen Psaki deyib. Onun sözlərinə görə, baş nazirin dediyi sözlərin heç bir əsası yoxdur. Psaki Netanyahu ilə eyni fikirdə olmadığını qeyd edib: “Açığı keçirilən aksiyalarla bağlı narahatlıqlarımız olduğu zaman bunları səsli şəkildə ifadə edirik. Burada belə ifadələrdən istifadə etmək vacib deyil”.

Qeyd edək ki, Netanyahu BMT-nin Baş Assambleyası görüşləri çərçivəsində çıxışında İsrailin mülki hədəflərə hücum etməsi, çox sayda uşaq və qadını öldürməsi səbəbi ilə istintaqa başlayan BMT-nin İnsan Haqları Şurasını məsum vətəndaşları qoruma missiyasına xəyanətdə ittiham edərək Terrorçu Haqları Şurası adlandırıb.

Samir


Müəllif:

Oxşar xəbərlər