10 Aprel 2020 12:54
3 769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər gərgin münasibətlərdə olan Türkiyə-İsrail xəttində bir ilk yaşanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin İsrailə humanitar məqsədlə tibbi avadanlıq satmaq haqda qərar qəbul edib.

Məlumata görə, rəsmi Ankara belə bir paketin Fələstinə də çatdırmağı planlaşdırır.

Adını açıqlamayan türk rəsmisi Fələstinə göndərilən tibbi avadanlıqların dayandırılmayacağını bildirib. Xəbərə görə, 3 İsrail təyyarəsinin tibbi ləvazimatlar üçün dünən İncirlik hərbi hava bazasına enib.İsrailə qoruyucu maskalar, uniformalar və strel əlcəklər satılıb.

Qeyd edək ki, bir neçə ildir Türkiyə-İsrail münasibətləri soyuq müharibə həddindədir.


Müəllif: Cavad