10 Aprel 2020 13:39
1 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Başına 1 milyon lirə pul mükafatı qoyulmuş Hayri Mava ləqəbli terrorçu Mahmud Okay ələ keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, PKK terrorçusunu jandarma qüvvələrinin Muş vilayətinin Varto qəsəbəsində keçirdiyi əməliyyatla saxlamaq mümkün olub. Mavanın yaralı ələ keçdiyi bildirilib.

Hayri Mava PKK terror təşkilatının Ərzurum bölgəsindəki qüvvələrinin lideridir.

Terrorçuya yardım etməkdə şübhəli bilinən bir şəxs də sağ olaraq saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər