10 Aprel 2020 16:38
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, BMT-nin İnkişaf Proqramı və SUP.VC 10-12 aprel tarixlərində koronavirusla mübarizə məqsədilə texnoloji həlləri ortaya çıxarmaq üçün Qlobal Virtual Marafon təşkil edir.

BMT-nin İnkişaf Proqramından Teleqraf.com-a daxil olan məlumata görə, qısa müddətdə elan olunmasına baxmayaraq, marafona 5 qitə və 45-dən çox ölkədən 600-dən çox nəfər müraciət edib.

Müraciət edənlər Türkiyə, Fransa, Almaniya, İran, Çin, Pakistan, Birləşmiş Krallıq, Avstraliya, ABŞ, Kanada, Hindistan, Braziliya, Çili, Nigeriya və daha bir çox ölkənin vətəndaşlarıdır.

Onlayn şəkildə keçiriləcək marafonun tərəfdaşları SOKAR AQS, Məlumat Hesablama Mərkəzi, Paşa Bank, Azərbaycan Turizm Bürosu, Təhsil Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ABAD, Dövlət Turizm Agentliyi, , Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

Marafonun beynəlxalq dəstəkçiləri qismində isə Amazon Veb Xidmətləri, Meout təşkilatı, Startup Grind Tbilisi, Start-Ist, Avropa Startup Şəbəkəsi, Hackquarters, Tekwill və Astana Hub kimi təşkilat və şirkətlər yer alır.

Marafon təhsil, səhiyyə, bizneslərə dəstək, turizm, məlumatlılığın artırılması və gündəlik xidmət tələbatlarının qarşılanması, sosial-humanitar, ətraf mühit kimi sahələrdə cari pandemiya ilə əlaqədar yaranmış təsirləri və fəsadları aradan qaldıran texnoloji həlləri bir araya yığmağı hədəfləyir.

Marafonun qalibləri 12 aprel tarixində, günün ikinci yarısında elan olunacaq və mükafat olaraq 1-ci yerin sahibinə 5000 ABŞ dolları, 2-ci yerin sahibinə 3000 ABŞ dolları, 3-cü yerin sahibinə isə 2000 ABŞ dolları veriləcək.


Müəllif: Cavad

Oxşar xəbərlər