10 Aprel 2020 16:15
4 619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada deportasiyaya məruz qalan Tacikistan vətəndaşları var, lakin respublika sərhədləri bağlayıb və onları qəbul etmir.

Teleqraf.com xəbər verir ki, bu barədə “RİA-Novosti”yə Rusiyanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Tatyana Moskalkova məlumat verib.

“Əcnəbi vətəndaşların müvəqqəti saxlama mərkəzlərində deportasiyaya məruz qalmış şəxslər arasında Tacikistan vətəndaşları da var. Bütün sənədlər var, onları çıxarmaq üçün imkanlar mövcuddur. Bizim hüquq-mühafizə orqanlarımız onların nəql olunması üçün də bütün işləri təşkil ediblər. Lakin dövlət sərhədləri bağlayıb və onlar qəbul etmir”, – deyə Moskalkova bildirib.

Onun sözlərinə görə, situasiyanın çətinləşməsi ilə əlaqədar olaraq Tacikistanın Rusiyadakı səfirliyi və Tacikistan ombudsmanı ilə danışıqlar aparılacaq.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası (COVID-19) cəmi iki ölkədə – Tacikistan və Türkmənistanda yayılmayıb. Şimali Koreyada isə yayılıb-yayılmadığına dair məlumat yoxdur. Görünür, iki ölkədə koronavirusun yayılmaması ilk növbədə sərhədlərin ilk gündən bağlı olması və vətəndaşların ölkəyə geri dönüşünə imkan verilməməsi ilə bağlıdır.


Müəllif: Səxavət

Oxşar xəbərlər