10 Aprel 2020 21:26
2 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Rusiya prezidentləri neft bazarındakı vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Teleqraf.com xəbər verir ki, dövlət başçıları dünya neft bazarındakı qiymətləri sabitləşdirmək məqsədilə OPEC+ formatı çərçivəsində hazırlanan hasilatın ixtisarına dair razılaşma barədə də müzakirə aparıblar.

Bununla yanaşı, koronavirus pandemiyası məsələsinə də diqqət yetirilərkən xəstəliyin yayılmasına qarşı görülən birgə tədbirlər dəyərləndirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər