11 Aprel 2020 01:54
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin və məhdudlaşdırıcı tədbirlərin müddəti mayın 3-dək uzadılıb.

Teleqraf.com xəbər verir ki, bunu mətbuat konfransı zamanı ölkənin baş naziri Cuzeppe Konte deyib.

Baş nazir bildirib: "Biz məhdudlaşdırıcı tədbiləri mayın 3-dək uzadacayıq. Bu qərar asan deyil, lakin zəruridir. Əgər biz indi təslim olsaq, hər şeyin yenidən başlaması təhlükəsi var".

C.Konte qeyd edib ki, karantin səbəbilə bağlanan müəssisələrin fəaliyyəti təyin olunan müddətdən tez bərpa edilə bilər: "Biz mayın 3-dən tədricən istehsal və ticarət fəaliyyətinə başlayacağımıza ümid edirik".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər