11 Aprel 2020 10:47
1 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Donald Trampın “hava istiləşdikcə koronavirus yox olacaq” fikrində israr etməsinin ardından ABŞ Milli Elmlər Akademiyası bu iddianı çürük adlandırıb.

Teleqraf.com xəbər verir ki, Akademiyanın Ağ Evə göndərdiyi hesabatda havaların istinməsindən sonra koronavirusun yox olacağı iddialarının inandırıcı olmadığı bildirilib.

Pandemiyaya qarşı tapıntılarda onun sosial məsafə saxlamaq və buna oxşar tədbirlər sayəsində gerilədiyi, lakin onun zəifləməsi üçün günəş və ya nəmişliyin olmasına dair güclü məlumatların olmadığı xatırladılıb:

“Koronavirusun yüksək istilik və rütbətli mühitdə daha az effektli olduğu barədəbəzi sübutlar var. Lakin bu da ölkələrin gördüyü tədbirlərdən asılı ola bilər”.

Vanderbilt Universitetinin Tibb Mərkəzində infeksiya xəstəlikləri mütəxəssisi kimi çalışan doktor Viliam Şaffner məktubda yazılanların həqiqət olduğunu deyib: “Hava şərtlərinin virusu yayılma miqdarına təsir edəcəyini istisna etməməklə paralel buna inanmaq lazım deyil. Yayılmanı azaltmaq üçün sosial məsafə və digər tədbirlər davam etməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər