Çində son sutka ərzində koronavirus infeksiyasına 46 yeni yoluxma aşkar edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin saytında yerləşdirilən məlumatda bildirilir.
Onlardan 42 nəfər xəstəliyi digər ölkələrdən idxal edən şəxslərdir. Bununla da ölkədə yeni növ koronavirusa yoluxma hallarının sayı 81 953-ə çatıb.
Ümumilikdə Çində virusa yoluxmuş 77 525 nəfər sağalıb, 3339 nəfər vəfat edib.