11 Aprel 2020 11:42
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti Hizbullah terror təşkilatının maliyyə işlərinə cavabdeh olan Məhəmməd Kavtaraninin yerini müəyyən edilməsinə kömək göstərən şəxsə 10 milyon dollar mükafat vəd edib.

Teleqraf.com xəbər verir ki, Dövlət Departamenti Hizbullahın maliyyə işlərinə rəhbərlik edən Kavtarani haqqında xüsusi açıqlama ilə çıxış edib.

Açıqlamada qeyd edilib ki, Kavtarani Hizbullahın İraq qolunu birlikdə idarə etiyi iranlı general Qasim Süleymaninin öldürülməsindən sonra İrana bağlı şəbəkələrlə əlaqə qurub.

Açıqlamada əlavə edilib ki, Hizbullahın Siyasi Şurasının üzvü olan Kavtarani təşkilatın İraqdakı şiə üsyançı qruplarına maliyyə, siyasi, logistik dəstək vermək kimi fəaliyyət göstərib.

Xatırladaq ki, Kavtarani 2013-cü ilən bu yana ABŞ Dövlət Departamentinin qlobal terrorçular siyahısında yer alıb.


Müəllif: Cavad

Oxşar xəbərlər