Ukrayna koronavirus pandemiyası səbəbindən ölkədə tətbiq edilmiş karantin rejimindən may ayının əvvəlində çıxmağa başlayacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
O qeyd edib ki, karantin rejimində ilk yumşaldılmalara baxmayaraq ölkədə az-çox normal həyat iyun ayından tez bərpa olunmağa başlamayacaq.
“Hazırda heç kim may ayının əvvəllərində ölkədə epidemioloji vəziyyətin necə olacağını dəqiq söyləyə bilməz”, – deyə Ukrayna hökumətinin başçısı qeyd edib.