11 Aprel 2020 12:45
2 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Səhiyyə Nazirliyi gələn həftə koronavirusdan ölənlərin sayında bir həftə əvvəllə müqayisədə kəskin artım olacağını bildirib.

Teleqraf.com-un xəbər verir ki, nazirlik bu xəbərdarlığı xəstəxanaya yerləşdirilənlərin və onlardan süni tənəffüs aparatlarına qoşulanların sayının çoxluğu ilə əsaslandırıb.

Bununla belə, nazirlik qeyd edib ki, ölüm sayında artımların olması koronavirusun yeni sıçrayışı və infeksiya səviyyəsinin artması demək deyil. Söhbət üç həftə əvvəl xəstəxanaya yerləşdirilənlərdən gedir.

Material çatışmazlığı səbəbindən İsraildə koronavirus testlərinin sayı kəskin azalıb və gün ərzində təqribən 5 min təşkil edir. Bu səbəbdən İsraildə epidemiyanın yayılmasının həqiqi dərəcəsini qiymətləndirmək çox çətindir.

Həmçinin məlum olub ki, yeni yoluxmaların xeyli hissəsi xaricdən qayıdan israillilərlə təmaslara bağlıdır. Müdafiə naziri Naftali Bennettin tələblərinə baxmayaraq xaricdən İsrailə qayıdanların dərhal təcridi ilə bağlı qərar qəbul edilməyib və qayıdanların hamısına 14 günlük karantin rejimi tətbiq olunmur.


Müəllif: Səxavət

Oxşar xəbərlər