Liviyada təhlükəsizlik problemi səbəbiylə köçürülməsi qərara alınan 369 Türkiyə vətəndaşı geri qayıdıb.
Teleqraf.com Cihan agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat yayıb. Onun sözlərinə görə, işçilər iki təyyarə ilə bu gün səhər saatlarında İstanbul hava limanına eniş edib: “Sevindirici halı millətimizlə bölüşməkdən məmnunluq duyuram. İşçilərimizlə bağlı çətinliklərin yaşandığını öyrəndim və məsələyə şəxsən müdaxilə etdim. Türkiyə bir daha böyüklüyünə yaraşan bir əməliyyatı uğurla başa vurdu və işçilərimiz evlərinə sağ-salamat qayıtdı. Bununla qürur duyuram”.
Çavuşoğlu ürək çatışmazlığından həyatını itirən fəhlə İsmət Yalçının yaxınlarına başsağlığı verib.
Samir