11 Aprel 2020 17:18
2 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Danimarka taxtının varisi, Şahzadə Fridrix koronavirus səbəbindən Çindən ölkəsinə göndərilən tibbi yardımı Kopenhagen hava limanında şəxsən qarşılayıb.

Teleqraf.com xəbər verir ki, dünyanın ikinci yük təyyarəsi olan və 150 ton mal daşımaq qabiliyyətinə sahib Antanov An-124 karqo təyyarəsi Kopenhagenə enən kimi ölkənin səhiyyə naziri Maqnus əllərini çırmayaraq qoruyucu maska, uniforma, süni tənəffüs aparatları və digər tibbi avadanlıqların olduğu yükü fəhlələrlə birlikdə təyyarədən boşaltmağa başlayıb.

İlk etapda Çindən gətirilən 1 milyon maska,170 mindən çox qoruyucu ləvazimatlar, tibbi avadanlıqları şəxsən ölkə taxtının varisi Şahzadə Fredirixin iştirakı ilə ölkədəki xstəxanalara paylanılıb.


Müəllif: Cavad