30 Sentyabr 2014 11:59
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bələdiyyə seçkilərinə kifayət qədər önəm veririk. Bütün bölgələr üzrə zona müşavirələrimizi keçirmişik. Artıq bölgələr və rayonlar üzrə iştirakçıların siyahısını müəyyənləşdirmişik”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib.

Onun sözlərinə görə, partiyanın Ali Məclisinin sessiyasında Azərbaycandakı siyasi-ictimai proseslər, dünyada baş verən hadisələrin Aərbaycana təsiri, KXCP-dəki və ümumən müxalifətdəki vəziyyət müzakirə mövzusu olub.

Partiya sədri bələdiyyə seçkiləri barədə fikir mübadiləsinin aparıldığını da söyləyib.

KXCP yerli idarəetmə orqanlarının demokratik yollarla formalaşması və fəaliyyət göstərməsi, 2014-cü il bələdiyyə seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi üçün hakimiyyətdən Seçki Məcəlləsində beynəlxalq təşkilatların tövsiyələrinə uyğun dəyişiklik aparılmasını tələb edir. Partiya seçki komissiyalarının siyasi qüvvələrin iştirakı ilə tarazlaşdırılmasını, seçici siyahılarının dəqiqləşdirilməsini, seçkiqabağı demokratik mühitin yaradılmasını, seçki günü saxtakarlıqların qarşısının alınmasını, seçki şikayətlərinin obyektiv araşdırılmasını vacib sayır.

KXCP siyasi qüvvələri, vətəndaş cəmiyyətini, ziyalıları, gəncləri, qadınları, cəmiyyətin bütün təbəqələrini 2014-cü il bələdiyyə seçkilərində fəal iştiraka çağırıb.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər