Amerikalı milyarder, “Microsoft” korporasiyasının əsasını qoyan Bill Qeyts koronavirus pandemiyasının yayın əvvəlində başa çataca biləcəyini, bundan sonra dünyanın normal həyata dönməyə başlayacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o bu barədə CNBC televiziyasına müsahibəsində bildirib.
Qeyd edib ki, Çindəki müəssisələrin öz fəaliyyətini bərpa etməsi pozitiv düşünməyə əsas olduğunu göstərir.
Biznesmen artıq yay və payız aylarında insanların yenidən istehsal, təhsil və tikinti ilə məşğul olacağını güman etdiyini bildirib. O hesab edir ki, ABŞ-dakı məktəb və universitetlərin payızda fəaliyyətlərini bərpa edəcək.
Bununla yanaşı Qeyts dünyanın tez bir zamanda əvvəlki vəziyyətinə qayıtmayacağını qeyd edib. Onun fikrincə, “hökumətin öz çubuğunu qaldıracağını və iqtisadiyyatın qəfildən hər şey baş verməmişdən əvvəlki vəziyyətə qayıdacağını” düşünməmək lazımdır.
Bill Qeyts, həmçinin, bildirib ki, onun rəhbərlik etdiyi fond hazırda vaksinin hazırlanması üzərində çalışır. Bu vaksin effektivliyi 95 faizdən çox olacaq terapevtik vasitə olacaq. O əlavə edib ki, peyvənd 18 aydan tez müddətdə hazırlanacaq.
“Financial Times”a verdiyi müsahibədə milyarder koronavirusu insanların həyatındakı ən ciddi sınaqlardan biri adlandırıb. Onun fikrincə, pandemiya nəzarət altına alındıqdan sonra bir çox ölkələr yeni epidemiyalar zamanı indiki kimi itkilərin baş verməsinin qarşısını necə alacaqlarını düşünəcəklər. Qeyts qeyd edib ki, “indi hər kəs hər 20 ildən bir yeni virusların yaranması və yayılma şansının olacağını başa düşür”, çünki dünyada çox sayda səyahət edən var.
Biznesmen infeksiyaların yayılmasının qarşısını almağın, əlavə vasitələrlə onların diaqnostikası və müalicəsi üçün hazırlaşmağın, vaksin hazırlamağa meydançalar hazırlamağın ölkələrə daha ucuz başa gələcəyini vurğulayıb:
“Bu daha ucuz vasitədir, nəinki sonradan trilyonlarla dollar xərcləmək”.