Britaniyanın Milli Səhiyyə Xidmətinin mütəxəssisləri bu nəticəyə gəliblər ki, öskürəyin müəyyən növləri ciyərlərdə onkoloji patologiyanın inkişafından xəbər verə bilər.
Teleqraf.com-un Express-ə istinadən xəbərinə görə, əgər öskürək sizi gecələr yuxudan oyadır və bu, 3 həftədən çox davam edirsə, bu halda təcili həkimə müraciət etmək lazımdır.
Nəfəs darlığı, sinədə ağrı, xırıltı, tünd rəngli və ya qanlı bəlğəm də ciyərdə şiş olduğuna dəlalət edə bilər.
Bununla belə, mütəxəssislər qeyd ediblər ki, belə simptomlar heç də həmişə təhlükəli xəstəlikdən xəbər vermir. Bu əlamətlər ciyərdəki digər xəstəliklər səbəbindən də özünü göstərə bilər. Lakin həkimə getməyi təxirə salmaq olmaz: vaxtında aparılan müayinə xəstəliyə tez və effektiv qalib gələməyə imkan verir, xərçəng diaqnozu qoyulduqda isə bu, tam sağalmağa imkan verir.