Son bir gün ərzində İspaniyada 510 nəfər COVID-19 koronavirus infeksiyası nəticəsində həyatını itirib, qurbanların ümumi sayı 16 mini keçib.
Teleqraf.com-un məlumatına görə, bu barədə “El País” qəzeti xəbər verir.
Qeyd olunur ki, bu, martın 23-dən bəri İspaniyada gün ərzində koronavirusdan qeydə alınan ən aşağı ölüm göstəricisidir.
Ölkədə ölənlər və sağalanlarla birlikdə ümumilikdə 161 mindən çox insanın vurisa yoluxduğu bildirilir.
İndiyədək İspaniyada təxminən 60 min insan virusdan qurtulmağa müvəffəq olub.