11 Aprel 2020 21:20
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ölkə hakimiyyətinin COVID-19 koronavirus infeksiyası ilə mübarizədə kömək məqsədilə Karib dənizi hövzəsinin bir sıra ölkələrinə yardım göndərdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə VTV xəbər verib.

D.Rodriqesin sözlərinə görə, Venesuela həmrəyliyin əlaməti olaraq, Sent-Vinsent və Qrenadin, Antiqua və Barbuda, Dominikan və Qrenada kimi ölkələrə pulsuz sürətli testlər və polimeraz zəncirvari reaksiya testləri təqdim edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər