Prezident Vladimir Putinin səhhəti çox yaxşıdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib.
"Siz iş qrafikindən bunu özünüz görürsünüz. Bütün əlaqələr videokonfrans rejimində qurulur, bəzən tədbirlərin sayı adi vaxtlarda olduğundan çox olur. Təbii ki, prezident daha intensiv işləməli olur", - Peskov deyib.