Moskvada koronavirus epidemiyası ilə bağlı vəziyyət ağırdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O, “Birinci kanal”ın efirində paytaxt xəstəxanalarının fövqəladə dərəcədə gərgin, “qəhrəmanlıq rejimində” işlədiyini bildirib.
D.Peskov, həmçinin, prezident Vladimir Putinin özünü təcridetmə rejimi ilə bağlı fərmanının vaxtında imzalandığını qeyd edib. Əks təqdirdə, ölkə yoluxmuş insanların sayının hədsiz çoxalması təhlükəsi ilə üzləşə bilərdi. Peskov belə hesab edir.
Bundan əlavə Kremlin sözçüsü xəbərdarlıq edib ki, koronavirus pandemiyası bitdikdən sonra böhran bir-iki aydan çox müddətə hiss ediləcək:
“Dünya iqtisadiyyatındakı çətin vəziyyətə hazır olmaq lazımdır. Dünyanın heç bir ölkəsində səhiyyə sistemi bu pandemiyaya hazır deyil”. O, bunu deyərkən İtaliya, ABŞ və İspaniyadakı kədərli anti-rekordlara işarə edib:
"Növbəti iki həftə ərzində epidemiyanın zirvəsinə yaxın olub-olmadığımız məlum olacaq".