Türkiyə bir çox ölkələrə yardım edir. Ermənistan və İsrail də yardım üçün bizə müraciət edib.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Ölkə TV"də yayımlanan "Beynəlxalq gündəm" proqramında deyib.
"Türkiyədən 100-ə yaxın ölkədən yardım istənildi. Ermənistan və İsraildən də bu cür istəklər gəldi. Türkiyə qara günün dostu olduğunu hər kəsə bu şəkildə göstərdi. Böyük iqtisadiyyatı olan ölkələrin necə aciz vəziyyətə düşdüyünü gördük. Biz yardım məsələsində dünyada birinci sıradayıq", - İbrahim Kalın deyib.
İbrahim Kalın bildirib ki, bu imtahanda başarılı olanlar gələcəyə doğru daha əmin adımlarla irəliləyəcəklər: "Başarız olanlar isə gələcəyi itirəcəklər. Bu böhranın içərisində böyük fürsətlər də var. Bu fırtınada istiqamətini doğru seçib, ən az zərərlə çıxan aktorlar gələcəyi quracaqlar".