ABŞ prezidenti Donald Tramp Vayominq ştatında genişmiqyaslı fəlakət rejimi elan edib.
Teleqraf.com xəbər verir ki, beləliklə ABŞ tarixində ilk dəfə bu rejim bütün ölkə ərazisində tətbiq olunub.
Ağ Evin nümayəndəsi Djadd Dir Tvitter hesabında tarixdə ilk dəfə olaraq prezidentin eyni anda ölkənin 50 ştatında genişmiqyaslı fəlakət rejiminin mövcud olduğunu elan etdiyini yazıb.
Qeyd edək ki, ABŞ koronavirus qurbanlarının sayına görə dünyada birinci yeri tutur.