12 Aprel 2020 12:29
2 441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Uhan şəhərində koronavirus xəstələri üçün 10 günə inşa olunan xəstəxananın qapıları jurnalistlərin üzünə açıq elan edilib.

Teleqraf.com xəbər verir ki, artıq istifadəsi dayandırılan xəstəxananın baş həkimi rekord vaxtda tikilən və minlərlə xəstənin müalicə alındığı xəstəxana barədə media nümayəndələrinin suallarını cavablandırıb.

Baş həkim xəstələrin ilk dəfə gələndə qorxduqlarını xatırladıb: "Xəstələr gələndə buranın digər xəstəxanalara oxşamadığı gördülər. Bu, hamımız üçün çətin və fərqli sınaq oldu".

Səhra xəstəxanasının xarici aləmlə əlaqəsinin tamamilə kəsildiyini deyən baş həkim qeyd edib ki, tibbi ləvazimatlar gətirilən qapı ikitərəfli açılmayıb, bununla da virusun xaricə yayılması ehtimalı aradan qaldırılıb.

Baş həkim Avropa və ABŞ-da koornavirus simptomlarının özünü fərqli şəkildə büruzə verdiyini iddia edib:

"Qərbdəki xəstələrin bir çoxu dad və iybilmə hissiyyatlarını itirdiklərini söyləyirlər. Biz Uhanda belə bir şeyə rast gəlmədik. İkinci dalğa epidemiya riskinə qarşı onların təcrübəsindən dərs çıxarmaq vacibdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər