Son sutka ərzində Qırğızıstanda koronavirusa yoluxanların sayı 38 nəfər artaraq 377-yə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkədə koronavirusla mübarizə ilə əlaqədar yaradılan operativ qərargah məlumat yayıb.
Məlumata görə, virusa yoluxanların 12-si tibb işçisidir. Bununla da Covid-19 daşıyıcısı olan səhiyyə işçilərinin sayı 62-yə yüksəlib.