Belarusda koronavirusdan ölənlərin sayı 26-ya çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, koronavirus səbəbindən ölən şəxslərdə xroniki xəstəliklər mövcud olub.
Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 2578 nəfərdir. Onlardan 203-ü sağalaraq evə buraxılıb.