13 Aprel 2020 10:09
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın müvəqqəti hökumət başçısı Əbdülrəhman Mustava COVİD-19-a qarşı ciddi tədbirlər gördüklərini bildirərək, nəzarət etdikləri bölgələri tamamilə izolyasiya etdiklərini, indiyə qədər keçirilən testlərdə pozitiv nəticə çıxmadığını deyib.

Teleqraf.com xəbər verir ki, keçici hökumət başçısı əsasən Afrin, İdlib, Fırat Qalxanı bölgələrində və qaçqın düşərgələrində tədbirlər gördüklərini açıqlayıb.

Əbdülrəhman Mustafa əlavə edib ki, PYD,YPG-nin nəzarətində olan və Bəşər Əsədin hökmünün keçdiyi ərazilərdə çox sayda insanın koronavirusa yoluxduğu, amma bununla bağlı rəqəmlərin şəffaf şəkildə açıqlanmadığı haqda informasiyalar alırlar.


Müəllif: Cavad

Oxşar xəbərlər