Liviyanın legitim Milli Sülh Hökuməti (MSH) qüvvələri qiyamçı Haftar ordusuna aid bir helikopteri vurub.
Teleqraf.com-un məlumatına görə, bu barədə MSH qüvvələrinin sözçüsü Məhəmməd Kununu açıqlama verib.
O, Liviyanın Əbu Küreyn və Veşka bölgəsində qiyamçı ordunun mövqelərinə qarşı əməliyyatların keçirildiyini bildirib. Əməliyyatlarda Haftar ordusunun 1 helikopteri, 35 hərbçisi zərərsizləşdirilib.
Vurulan helikopterin Rusiya istehsalı “Mi-35” olduğu bildirilib. Üstəgəl 2 Çin istehsalı dron da, əməliyyatlarda zərərsizləşdirilib, çox sayda əsir götürülüb.