ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı ilə telefon danışığında qlobal maliyyə və enerji bazarlarını sabitləşdirəcək neft hasilatının azaldılması ilə bağlı verilən qərarı alqışlayıb.
Teleqraf.com xəbər verir ki, bu Ağ Evin mətbuat xidmətindən verilən açıqlamada bildirilib.
“ABŞ Prezidenti Donald Tramp qlobal enerji bazarlarını sabitləşdirəcək Səudiyyə Ərəbistanı və digər neft istehsalçıları ilə işlədiyi üçün rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edir. Prezident Tramp hesab edir ki, enerji bazarlarında sabitlik yaratmaq üçün gündəlik neft hasilatının azaldılması ilə bağlı əldə olunan anlaşma təqdirəlayiqdir”, - açıqlamada qeyd edilib.
Bundan əvvəl Putin, Tramp və Səudiyyə Ərəbistanının kralı Salman üçtərəfli telefon danışığı zamanı neft hasilatını azaltmaq barədə razılaşmanı təsdiqləyiblər.