13 Aprel 2020 13:00
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanən ən ciddi qorunan obyektlərindən biri Negev Nüvə Araşdırmalar Mərkəzidir.

Teleqraf.com xəbər verir ki, obyekt İsrailin başlıca güc mərkəzi və hərbi balansı, Yaxın Şərqdə vəziyyəti onun xeyrinə dəyişəcək yeganə mərkəzdir.

Hərbi doktrinasının əsasını “İsrail bir dəfə də olsun müharibə uduza bilməz” təşkil edən bu ölkənin nüvə mərkəzi göz bəbəyi kimi qorunur.

Məlumata görə, Nigec Nüvə Araşdırmalar Mərkəzində bu günə qədər 75-400 arasında atom bombası istehsal olunub. Termonüvə bombaları sırasına konvensional, taktiki atom bombaları ilə bərabər neyton və çemodan bombalarının olduğu da güman edilir.

Qeyri-rəsmi məlumatlara görə, İsrailin atom bombalarının çoxu yerin dərin qatlarında və sualtı qayıqlarda yerləşir ki, bu sistem İsrailin atom hücumuna mərz qalacağı təqdirdə cavab zərbəsi endirməyə imkan yaradır.

Əlavə edək ki, obyektin qorunmasına 800 peşəkar cəlb olunub. İnsan amili ilə yanaşı xüsusi antenalar və əhatəli kompüter şəbəkəsindən ibarət olan xüsusi proqram da onun mühafizəsinə cəlb edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər